“Qalatasaray”ın kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.

Rekord.az xəbər verir ki, testlər nəticəsində daha 3 futbolçuda infeksiya aşkarlanıb.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Virusa yoluxan oyunçuların adları açıqlanmayıb. Onların karantinə alındıqları bildirilib.

Bununla da “Qalatasaray”da test nəticəsi müsbət çıxan futbolçuların sayı 5-ə çatıb. Digər iki futbolçunun ölkələrinin milli komandalarına çağırılan oyunçular olduğu açıqlanmışdı.