Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir. 

Rekord.az xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulacaq. 

Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və yığma üzvlərinin rəqibləri müəyyənləşib.

61 kq
Təsnifat – Əsgər Məmmədəliyev – Valenin Bliasetski (UKR)

74 kq
Təsnifat – Murad Süleymanov – Yaqor Akuliç (BLR)

86 kq
1/8 final – Hacımurad Məhəmmədsəidov – Yohannes Martin Deml (GER)

92 kq
1/8 final – Şamil Zubairov – Bojidar Mateyev Todorov (BUL)