Daha 5 güləşçimiz Bakıdakı AÇ-də mübarizəyə başlayır
- 25 May 2024 11:40
- 255
Bu gün Azərbaycanın beş sərbəst güləşçisi Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatında mübarizəyə başlayacaq.
Rekord.az xəbər verir ki, Nurəddin Novruzov (61 kq), Cəbrayıl Hacıyev (74 kq), Arseni Djioyev (86 kq), Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) xalça üzərinə çıxacaqlar.
Bundan əlavə, üç sərbəst güləşçi medalllar uğrunda yarışacaq. Kənan Heybətov (70 kq) və Əli Tsokayev (79 kq) finalda, Rəvan Musayev (97 kq) təsəlliverici görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 Avropa çempionatının qalibi olub. Bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal əldə edən qadınlardan ibarət yığma isə 76 xal toplayaraq ilk dəfə komanda hesabında üçüncü yeri tutub.