
Daha 5 komandaya texniki məğlubiyyət verildi
- 17:15
- 47
AFFA İntizam Komitəsi müxtəlif liqalarda çıxış edən 5 komandaya texniki məğlubiyyət verib.
Rekord.az xəbər verir ki, bu barədə qurumun iclasinda qərar qəbul olunub.
Futzal üzrə I Liqanın XI turunda "Star Kargo"ya qarşı oyuna təyin olunan vaxtda çıxmadığına görə "Djevo Dəyirman" komandasına 0:5 hesablı texniki məğlubiyyət verilib.
AFFA Region Liqasında keçirilməli olan "Marafon" –"Ərgünəş" oyunu qonaqların gəlməməsi səbəbindən baş tutmayıb. "Ərgünəş" komandası buna görə 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
AFFA U-14 Liqasında keçirilməli olan "Araz Naxçıvan" – UGİM (Ordubad) matçı qonaq komanda təyin edilən vaxt meydana çıxmadığına görə keçirilməyib. Ordubad təmsilçisinə bu səbəbdən 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni liqada UGİM (Babək) – UGİM (Kəngərli) oyunu da reallaşmayıb. Təyin edilən vaxtda meydana çıxmayan Babək təmsilçisi analoji cəza ilə üzləşib.
AFFA U-13 Liqasında UGİM (Babək) – UGİM (Sədərək) qarşılaşması isə qonaq komandanın heyətində yetərsay olmadığına görə keçirilməyib. Sədərək klubu bu səbəbdən texniki məğlubiyyətlə cəzalandırılıb.