![photo](https://www.rekord.az/storage/uploads/5/koronavirus-2.jpg)
Daha 6 futbolçuda koronavirus aşkarlandı - Türkiyə klubunda
- 15 Apr 2021 17:45
- 583
Türkiyənin “Fatih Karagümrük” klubunun 6 futbolçusunda koronavirus aşkarlanıb
Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, Alparslan Erdem, Lukas Kastro, Qaston Kampi, Andrea Bertolacci, Ervin Zukanoviç və Efe Tatlıda koronavirus aşkarlandığı bildirilib.
Futbolçuların durumu yaxşıdır və onlar karantinə alınıblar.
“Fatih Karagümrük”də bundan əvvəl hücumçu Fabio Borini və yarımmüdafiəçi Lukas Biqliyada koronavirus aşkarlanmışdı.