Daha bir azərbaycanlı şahmatçı qrossmeyster oldu
- 01 Noy 2022 14:42
- 493
Azərbaycanın daha bir şahmatçısı qrossmeyster normasını yerinə yetirib.
Rekord.az xəbər verir ki, qaydalara görə 20 yaşlıların dünya çempionatında qalib olan şahmatçı eyni zamanda beynəlxalq qrossmeyster tituluna sahib çıxır.
İtaliyada gənclərin dünya çempionatında qızıl medal qazanan Abdulla Qədimbəyli artıq 9-cu turda 3-cü qrossmeyster normasını yerinə yetirib. Bununla Abdulla Qədimbəyli Azərbaycan şahmat tarixində 29-cu qrossmeyster olub.
Beynəlxalq Şahmat Federasiyasının yaxın aylarda bu barədə təsdiq məktubu ünvanlayacağı gözlənilir.