Daha bir boksçumuz Paris-2024-də mübarizəni dayandırdı
- 30 İyl 2024 18:30
- 408
Azərbaycan boksçusu Nicat Hüseynov Paris-2024 Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
Rekord.az xəbər verir ki, 51 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Dominikandan olan Junior Alkantara Reyeslə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb - 5:0.
Bununla da daha bir boksçumuz turnirlə erkən vidalaşıb.
Xatırladaq ki, ötən gün Məhəmməd Abdullayev və Malik Həsənov da ilk görüşdə uduzaraq turnirlə vidalaşmışdı. daha əvvəl isə Azərbaycan bokçusu Alfonso Dominges (92) 1/4 finala yüksəlib.