Bölgələrə səfər çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Elxan Məmmədov Cəlilabad rayonuna gedib.

Rekord.az xəbər verir ki, Cəlilabad şəhər stadonunda aşağı yaş qruplarından ibarət komandaların üzvü olan uşaqlarla görüş keçirilib. Futbol mütəxəssisləri Samir Əliyev və Vüqar Nadirovun da iştirak etdiyi görüşdə uşaqlara AFFA-nın adından futbol geyimləri və toplar verilib.

Rayon futbol ictimaiyyəti ilə aparılan müzakirə zamanı Cəlilabad rayonunu təmsil edən “Ümid” komandasının AFFA-nın dəstəyi ilə cari mövsümdə Region Liqasında iştirak edəcəyi qərarlaşdırılıb.

Bundan əvvəl Lənkəran təmsilçisi “Xan Lənkəran”ın Region Liqasında iştirak edəcəyi bildirilmişdi.