Daha bir futbolçu Azərbaycan pasportundan imtina edir
- 30 Avq 2021 17:00
- 1104
Vaxtı ilə Azərbaycanda oynamış daha bir futbolçu Azərbaycan pasportundan imtina edir.
Rekord.az xəbər verir ki, söhbət Ruslan Qurbanovdan gedir.
Vaxtı ilə "Neftçi", "Qəbələ", "Sumqayıt", "Keşlə", "Səbail" kimi elita klublarında, o cümlədən Azərbaycan milli komandasında oynamış dağıstanlı futbolçu hazırda Belarusdadır və bu ölkədə futbol həyatına davam edir. Bundan sonra yenidən Azərbaycaan dönməyi düşünmür. Başqa ölkədə legioner sayılmaması üçün hər ehtimala qarşı Azərbaycan papsortundan da imtina etməyə hazırlaşır.