PSJ yayda iki futbolçusu ilə yollarını ayıracaq.

Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Leonardo açıqlama verib.

Bir müddət əvvəl Tiaqo Silvanın ayrılacağını açıqlayan braziliyalı funksioner, Edinson Kavaninin də komandanı tərk edəcəyini deyib. O, müqaviləsi bitən hər iki futbolçuyla yeni sözləşmə imzalamayacaqlarını bildirib.

Silva və Kavaninin müqaviləsinin müddəti iyunun sonuna qədərdir.

Silva 2012-ci, Kavani isə 2013-cü ildən PSJ-də çıxış edirdi.