![photo](https://www.rekord.az/storage/uploads/5/girotto-702x470.jpeg)
Daha bir futbolçu Səudiyyə Ərəbistanını seçdi
- 08 Avq 2023 17:30
- 288
Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Taavun” “Nant”ın müdafiəçisi Andrey Girottonu transfer edib.
Rekord.az xəbər verir ki, 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Braziliyalı futbolçu 2017-ci ildən Liqa 1 klubunda forma geyinirdi. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 48 oyuna çıxıb, bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
2023/24 mövsümündən etibarən Kərim Benzema, Nqolo Kante, Ruben Neves, Eduard Mendi, Roberto Firmino, Fabinyo kimi futbolçular karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Kristiano Ronaldo isə 2022/23 mövsümündən “Əl-Nəsr”də forma geyinir.