Şəhriyar Əliyevdən sonra «Sumqayıt»ı tərk edən növbəti futbolçunun kimliyi məlum olub.

Rekord.az xəbər verir ki, Elvin Cəfərquliyev avrokuboklarda «kimyaçılar»ın formasını geyinməyəcək.

Ötən yay «Qarabağ»dan 1 illik icarəyə götürülən yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu kluba qayıdıb. Tarixində ilk dəfə qitəmiqyaslı yarışlarda mübarizə aparacaq «gənclik şəhəri» təmsilçisi icarə sözləşməsinin müddətini uzatmağa cəhd göstərsə də, buna müvəffəq olmayıb. (sportinfo.az)