Daha bir futbolçu üçün AÇ-2024 erkən bitdi
- 19 İyn 2024 11:20
- 157
Serbiya millisinin üzvü Filip Kostiç AÇ-2024-ün qarşıdakı oyularını buraxacaq.
Rekord.az xəbər verir ki, bu barədə Serbiya Futbol Federasiyası məlumat yayıb.
Kostiç qrup mərhələsinin 1-ci turunda İngiltərə ilə matçın ilk hissəsində sıradan çıxmışdı.
Tibbi müayinədən sonra onun sol dizində zədə aşkarlanıb. 31 yaşlı yarımmüdafiəçi ən az 2 həftə oynaya bilməyəcək. Buna görə də o, komandanın düşərgəsini tərk edəcək.