“Neftçi”nin kapitanı Emin Mahmudovun millinin baş məşqçisi Nikola Yurçeviçdən narazı olması haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki buna səbəb xorvatiyalının Eminə oynamaq şansı verməməsidir.

Əldə etdiyimiz məlumata görə daha bir futbolçu Yurçeviçdən narazıdır. Söhbət Renat Dadaşovdan gedir. Bildiyiniz kimi AFFA bu futbolçunu milliyə gətirmək üçün 1 milyon pul verib. Amma Yurçeviç onu daha çox ehtiyatda saxlayır ki bu da Renatın ürəyincə deyil.