Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova üçün Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turniri başa çatıb.

Rekord.az xəbər verir ki, 53 kq çəki dərəcəsində mübarizəyə qoşulan idmançı təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi Veronika Ryabolovaya məğlub olub.

Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha əvvəl Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.