Daha bir hakim karyerasını başa vurmağa hazırlaşır ÖZƏL
- 18 Mar 2021 15:00
- 905
Orxan Məmmədovun ardından daha bir hakim bu peşədən getməyi düşünür.
Rekord.az-ın əıldə etdiyi məlumata görə, söhbət Rəvan Həmzəzadədən gedir.
Həmzəzadə çoxdandır ki, Premyer Liqa oyunlarına təyinat almır. Bir neçə il bundan qabaq ölkənin perspektivli hakimlərindən sayılan Həmzəzadə indi nəinki Premyer Liqa, heç I Divizion oyunlarına da təyinat almır. Frix Ştuxlik nədənsə ona güvənmir. Oyun almayan ahkim təbii ki, maddi qazancdan da məhrum olunmuş sayılır. Rəvan da məhz bu vəziyyətlə barışmayıb hakimlikdən getməyə hazırlaşır.