Futbol üzrə Türkiyə çempionatının oyunlarını idarə edən hakimlər növbəti dəfə koronavirus testindən keçiblər.

Rekord.az xəbər verir ki, testlər nəticəsində 1 hakimdə koronavirus aşkarlanıb.

Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Virusa yoluxan hakimin simptom göstərmədiyi və karantinə alındığı bildirilib. Adı açıqlanmayan referi 10 gün ərzində karantində qalacaq.