Azərbaycanın voleybol üzrə beynəlxalq dərəcəli hakimi Eldar Əliyev avrokubok oyununa təyiant alıb. “Rekord.az” xəbər verir ki, Avropa Voleybol Konfederasiyası həmyerlimizi kişi voleybolçular arasında CEV kubokunun 1/16 finalının qarşılaşmasına təyin edib.

E.Əliyev dekabrın 11-də Rusiyada baş tutacaq yerli “Lokomotiv” və Fransanın “Çaumont” komandalarının ilk oyununda ikinci hakim kimi meydana çıxacaq. "SKK Sever Novosibirsk" arenasında start götürəcək qarşılaşmanın əsas ədalət təmsilçisi isə serbiyalı Mirko Yankoviçdir.