Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən daha bir komanda təlim-məşq toplanışı üçün Qəbələyə yollanıb. 

Rekord.az xəbər verir ki, "Sabah" hazırda Qəbələdədir. 

Paytaxt təmsilçisinin yeni baş məşqçisi Visente Qomes iyunun 21-də Azərbaycanda olacaq və komandaya qoşulacaq. 

Qeyd edək ki, avrokuboklara hazırlaşan komandalar Bakıdan kənarda hazırlıq keçir. "Qarabağ"la yanaşı, "Neftçi" və "Sumqayıt" Qəbələdə məskunlaşıb, "Keşlə" isə Şamaxını seçib. (Report)