Daha bir legioner Azərbaycan millisindən imtina etdi
- 02 Noy 2021 14:00
- 1035
Niderlandın "Telstar" klubunda çıxış edən Ozan Can Kökçü Azərbaycan millisində oynamaq təklifini qəbul etməyib.
Rekord.az xəbər verir ki, bu informasiyanı onun qardaşı Orkun Can Kökçü Türkiyə Futbol Federasiyasının rəsmi saytına müsahibəsində bildirib:
"Ozan Azərbaycanın U-21 yığmasında oynadı. Amma indi orda çıxış etmir. Türkiyə milli komandasına dəvət olunmaq ehtimalı olduğuna görə Azərbaycandan imtina etdi. “Sabah”da çıxış edərkən U-21-ə çağırdılar. Qısa zamanda pasport verdilər. Qardaşım həm də Azərbaycan vətəndaşıdı. Azərbaycan milli komandası onu istəyir, amma Türkiyədən təklif gələr deyə hələ bunu qəbul etməyib. 1998-ci ildə doğulub. Hücumun cinahlarında və pleymeyker mövqeyində çıxış edə bilir".
Qeyd edək ki, Ozan Can Kökçü 21 yaşadək futbolçulardan ibarət yığma komandamızın heyətində 17 qarşılaşmada meydana çıxıb. O, bu görüşlərdə 2 qol vurub.