Koronavirus pandemiyasına görə karantində olan "Mayami Hit"in basketbolçusu Meyers Leonard maraqlı addım atıb.

Rekord.az xəbər verir ki, amerikalı idmançı özünün və həyat yoldaşı Ellinin nömrəsini İnstaqram hesabında paylaşaraq, azarkeşlərdən onlara zəng etməsini istəyib.

Cütlük paylaşdığı videoda karantin günlərində evdə darıxdıqlarını və azarkeşlərlə söhbət etmək istədiklərini bildiriblər.

Qeyd edək ki, ötən gün rusiyalı məşhur tennisçi Mariya Şarapova da İnstaqram hesabında nömrəsini paylaşaraq, izləyiciləri ona zəng etməyə çağırıb.