İtaliyanın “Milan” klubunda daha bir koronavirus pandemiyasına yoluxma faktı aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu dəfə məşqçi Daniele Boneranın testi pozitiv çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Baş məşqçi Stefano Piolinin köməkçisi hazırda evindədir və səhhəti yaxşıdır.

Qeyd edək ki, “Milan”da son dövrlər futbolçulardana Zlatan İbrahimoviç, Leo Duarte və Matteo Qabbiyada da koronavirus aşkarlanmışdı. Onlardan İbrahimoviç artıq tam sağalaraq komanda ilə məşqlərə başlayıb.

“Milan” A Seriyasının növbəti turu çərçivəsində oktyabrın 17-də “İnter”lə qarşılaşacaq.