Daha bir ölkə AÇ-2020 ilə bağlı UEFA-ya təminat verdi
- 21 May 2020 20:30
- 777
Daha bir ölkə AÇ-2020-nin oyunlarını qəbul etməyə hazır olduğunu açıqlayıb.
Rekord.az xəbər verir ki, Rumıniya ev sahibliyindən imtina etmək fikrində olmadığını bəyan edib.
Bu barədə yerli federasiyadan TASS-ın sorğusuna cavab olaraq bildirilib. Paytaxt Buxarestin qitə futbol qurumuna dövlət təminatı verdiyi vurğulanıb.
Qeyd edək ki, Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir.
Azərbaycan da AÇ-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib.