Koronavirus pandemiyası səbəbiylə dayandırılan Çexiya çempionatının başlayacağı tarix məlum olub.

Rekord.az xəbər verir ki, liqa mayın 25-də bərpa olunacaq. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Liqa rəhbərliyi mayın 12-də iclas keçirəcək və mövsümün qalan hissəsinin yeni təqvimi təsdiqlənəcək.