Kamerun Futbol Federasiyası koronavirus pandemiyasına görə dayandırılan liqaların başa çatdırıldığını açıqlayıb. 

Rekord.az xəbər verir ki, hazırda əsas liqada 28 oyundan 47 xalla lider olan "Bamenda" komandası çempion elan edilib və yeni mövsümdə Afrika Çempionlar Liqasında iştirak hüququ qazanıb. 29 matça 46 xal toplayan "Koton Sport" ikinci olub. 

Federasiya birinci və ikinci liqadakı komandaların aşağı dəstəyə düşməyəcəyini də bəyan edib. Əvəzində ikinci liqanın ilk iki pilləsində yer alan "Les Astres" və "YaFoot" əsas liqaya vəsiqə əldə edib. 

Qeyd edək ki, Kamerunda liqalar martın 17-də koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.