Futbol üzrə Kosta Rika çempionatı bərpa olunub. 

Rekord.az xəbər verir ki, 16-cı turda "Quadalupe" evdə "Limon"u 1:0, "Alaxuelense" isə səfərdə "Kartaxines"i 2:0 hesabı ilə məğlub edib. 

Oyunlar azarkeşsiz keçirilib, ehtiyatdakı oyunçular tribunalarda əyləşib. Qarşılaşmalarda 5 əvəzetməyə icazə verilib. 

Qeyd edək ki, Amerika qitəsində koronavirus pandemiyasının yayılmasından sonra ilk dəfə Kosta Rika çempionatı bərpa olunub.