Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan futbol üzrə Polşa çempionatının bərpa tarixi bəlli olub.

Rekord.az xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

Sözügedən ölkədə milli çempionat mayın 30-da qaldığı yerdən davam edəcək. Liqanın iyunun sonunda başa çatdırılması planlaşdırılır.

Bu müddət ərzində ikinci dövrənin digər matçlarının və pley-off qarşılaşmalarının keçiriləcəyi qeyd olunub. 2-ci liqanın isə iyunun 6-da bərpa olunacağı vurğulanıb.

Mayın 27-də Polşa kubokunun təxirə salınmış görüşləri oynanılacaq. Bundan sonra isə yarımfinal mərhələsinin püşkü atılacaq.