Futbol üzrə Syerra Leone çempionatında 2019/20 mövsümü ləğv olunub.

Rekord.az xəbər verir ki, bu barədə Afrika ölkəsinin futbol federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə ölkədə yayılmış koronavirus pandemiyası ilə əlaqədar mövsümün bərpasının mümkün olmadığı diqqətə çatdırılıb. Bu üzdən də mövsüm və keçirilmiş oyunlardakı nəticələr ləğv olunub, çempion elan edilməyib. Eyni zamanda elitaya yüksəlmə və aşağı liqaya düşmə qaydasının da tətbiq edilməyəcəyi bildirilib.

Xatırladaq ki, 14 komandanın mübarizə apardığı Syerra Leone çempionatında 12 tur keçirilsə də, mart ayından etibarən koronavirusa görə bütün yarışlar dayandırılmışdı.