Futbol üzrə Belarus çempionatında daha bir oyun koronavirusa görə təxirə salınıb.

Rekord.az xəbər verir ki, 10-cu turun “Smoleviçi” - "Minsk" qarşılaşması nəzərdə tutulduğu kimi mayın 23-də keçirilməyəcək.

Bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Belə bir qərarın qəbul olunmasına paytaxt təmsilçisinin oyunçularının koronavirusa yoluxma şübhəsinin olması səbəb göstərilir. Daha öncə bu komandanın 9-cu tur çərçivəsində, mayın 15-də keçirilməli olan “Neman”la görüşü də qeyri-müəyyən müddətə təxirə salınmışdı.