Daha bir oyunun yeri dəyişdirildi - ÇL-də
- 10 Fev 2021 18:20
- 586
Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin daha bir matçının məkanı dəyişdirlib.
Rekord.az xəbər verir ki, bu mərhələnin “Atletiko” ilə “Çelsi” arasında keçiriləcək ilk oyunu Madriddə yox, Rumıniyanın Buxarest şəhərində baş tutacaq.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Bu qərarın verilməsinə koronavirus səbəb olub. Belə ki, pandemiya ilə əlaqədar İspaniya və İngiltərə arasında beynəlxalq uçuşlar dayandırılıb.
Sözügedən matç fevralın 23-də keçiriləcək.
Daha əvvəl bu mərhələnin “Leypsiq” - “Liverpul” və “Borussiya” (Münhenqladbax) – “Mançester Siti” oyunları üçün də oxşar qərar verilib. Bu oyunlar Budapeştdə keçiriləcək.