Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbdə Astara rayon Gənclər və İdman İdarəsi, Astara rayon Təhsil Sektoru ilə birgə 5 mart -BədənTərbiyəsi və İdman gününə həsr olunmuş “İdman həftəsi” çərçivəsində Atletika üzrə məktəblilər arasında ustad dərsləri-master klass keçirilmişdir.

Rekord.az xəbər verir ki, ustad dərslərinin açılış mərasimində Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbin direktoru Rəna Məmmədova, Astara Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı, Vətən müharibəsi qazisi İlham Əkbərov, Lənkaran-Astara Regional İdarəsinin Astara rayon Sektorunun metodisti Rasim Cəfərov çıxış etmişlər.

Çıxışlarda 5 mart- Bədən Tərbiyəsi və İdman gününün qeyd edilməsi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliklərinin “ İdman həftəsi” çərçivəsində həyata keçirdikləri turnirlər, viktorinalar, yoldaşlıq görüşləri, ustad dərsləri, əyləncəli-idman oyunları və digər tədbirlərin keçirilməsi barədə məlumat verilmişdir.Tədbirin məqsədinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, Atletika idman növünün kütləviliyinin inkişaf etdirilməsi, məktəblilərin fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi olduğu qeyd olunmuş, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, sağlam həyat tərzinin gənclərin dövlətçilik məfkurəsinin yüksəldilməsində və vətənpərvlik tərbiyəsindəki önəmindən bəhs edilmiş və məktəblilərə ustad dərslərində uğurlar arzulanmışdır.

Sonra Atletika idman növü üzrə ustad dərslərinə start verilmişdir. Dərsləri Atletika üzrə veteranlar arasında 5 qat Azərbaycan çempionu ( 2013, 2013, 2017, 2018, 2019) və beynəlxalq turnirin ( 2016 ) mükafatçısı, Atletika Federasiyasının Astara rayon nümayəndəliyinin rəhbəri, Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbinin Fiziki tərbiyə müəllimi Əliyev Rəşad Əjdər oğlu keçirmişdir.

Ustad dərslərində 45 nəfər məktəbli iştirak etmiş və 15 nəfər fərqlənən məktəbliyə Astara RGİİ-nin sertifikatları təqdim olunmuşdur.

Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşməşdır.