Daha bir stadion test mərkəzinə çevrildi - İngiltərədə
- 20 Apr 2020 12:20
- 689
İngiltərədə daha bir klubun stadionu koronavirusla mübarizə üçün qapılarını açıb.
Rekord.az xəbər verir ki, söhbət Premyer Liqa təmsilçisi “Brayton”un ev oyunlarını keçirdiyi stadiondan gedir.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, sözügedən arena koronavirus test mərkəzinə çevrilib. Bu stadionda gündəlik 1000 nəfərin testdən keçirilməsi üçün şəraitin yaradıldığı diqqətə çatdırılıb.
Xatırladaq ki, “Brayton” daha öncə səhiyyə sahəsində çalışanlara gələcək oyunlarında istifadə üçün 1000 bilet bağışlayacağını açıqlamışdı. İngiltərə Premyer Liqasında çıxış edən klublar arasında stadionunu ilk olaraq test mərkəzinə çevirən isə “Tottenhem” olmuşdu.