Ağsu şəhər stadionunun süni örtüyü təbii ot örtüyü ilə əvəzlənəcək.

Rekord.az xəbər verir ki, hazırkı örtü istismar müddətini çoxdan başa vurub və burada oyun oynamaq onsuz da təhlükəlidir.

Gələn mövsümdən böyük ehtimalla PFL də buna icazə verməyəcək. Məhz bu səbəbdən AFFA öz balansında olan arenanın süni örtüyünü təbii örtüklə əvəzləməyi düşünür. Bunun üçün UEFA-dan 2024-cü il üçün nəzərdə tutulan maliyyə yardımının gəlməsini gözləyirlər. Bu mənada işlərə gələn ilin ikinci rübündə başlanılması gözlənilir.