Daha bir veteran dilə gəldi: “Nə qədər ki, AFFA-da dəyişiklik olmayacaq...”
- 08 Apr 2021 11:00
- 1141
"Hazırda işsizəm. "Şamaxı"dan ayrıldıqdan sonra bekarçılıqdır".
Rekord.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında gənc mütəxəssis Kənan Kərimov deyib.
"Şamaxı" komandası dağılandan sonra işsiz qalan veteran hücumçu buna görə kiməsə ağız açmaq fikrində olmadığını bildirib: "Bu durum göstərir ki, vəziyyət elə belə də davam edəcək. Nə qədər ki, AFFA-da dəyişiklik olmayacaq, belə də davam edəcək. Mənim özümün xasiyyətim var. Gedib kiməsə ağız açası deyiləm. Ancaq oturub gözləmək qalır. Problem yoxdur.
Futbolumuzun vəziyyəti məlumdur. Cəmi 8 klub var. Azərbaycanlı məşqçilərin 50%-dən çox kənarda qalıb. İnşallah dəyişiklik olar biz də işləyərik".