“Daha çox qol vura bilərdik, amma heç-heçə də ədalətli olardı”
- 15 Okt 2019 22:24
- 801
21 yaşadək futbolçulardan ibarət İsveçrə millisinin baş məşqçisi Mauro Lustrinelli Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Rekord.az xəbər verir ki, isveçrəli mütəxəssis 1:0 hesabıyla bitən görüşü belə şərh edib:
- Qələbə qazandıq. Asan olmadı. Azərbaycan millisi ürəklə oynayırdı. Nəticədə qalib gəldik. 3 oyuna 9 xal qazandıq, özümü çox xoşbəxt hiss edirəm. Burada qələbə qazanmaq asan olmadı. Slovakiya millisi məğlub olmuşdu, Gürcüstan Azərbaycan yığmasının üzvü qırmızı vərəqə aldıqdan sonra qələbə qazanmışdı.
- Stadiondakı atmosfer haqda nə deyə bilərsiz?
- Meydan çox yaxşı idi, bəyəndim. Yaxşı atmosfer var idi. Balaca olmasına baxmayaraq, yaxşı təəssüratlarım oldu.
- Bu gün asanlıqla və böyükhesablı qələbə qazanacağınız düşünülürdü. Ancaq bu gün asan olmadı sizə. Sizi nə təəccübləndirdi?
- Asan olmadı bu gün. Azərbaycanı burda məğlub etmək çox çətin oldu. Baxmayaraq ki, iki oyunda qalib gəlmişdik. Bu gün bir az da bəxtimiz gətirdi. Son dəqiqələr gərgin keçdi. Bu təzyiqi üzərimizdən atmağa çalışdıq.
- Oyunun nəticəsini ədalətli hesab edirsizmi?
- Əslinə qalsa, ilk hissədə daha çox qol vura bilərdik. Amma oyun heç-heçə bitmiş olsaydı da, ədalətli olardı.
- Azərbaycan millisinin heyətində hansısa oyunçunu xüsusi qeyd edə bilərsiz, yoxsa komanda oyunu üstün idi?
- Son 2-3 il ərzində Azərbaycan millisi çox inkifaş edib. Komanda olaraq yaxşı oynadılar. Belə davam etsə, 2-3 il ərzində daha çox inkişaf edəcək.
- Son dəqiqələrdə hakim əleyhinizə penalti vermədi. Bu epizodu gördüz?
- Xeyr, görməmişəm. (komanda.az)