“Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 27-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyəti belə şərh edib:

"Uduzmağımızın səbəbi göz qabağındadır. İki səhv etdik, iki qol buraxdıq, altından çıxa bilmədik. Ondan sonra rəqibə bir epizod da vermədik. Halbuki, oyundan öncə rəqibin oyununu da etdiyimiz ehtimalla düz çıxdı. Dəyişikliklərlə oyunumuzu daha da yaxşılaşdırdıq. Meydanda qalib gəlmək istəyən komanda gördüm. Futboldur da, qələbə və məğlubiyyətlərə hazırıq. İki həftəlik fasilə olacaq. Yaxşı, sakit hazırlaşacağıq".

Bizdə ümumiyyətlə, ikinci yer, avrokubok zonası olmayıb. Amma komanda meydana qələbə üçün çıxır. Mövsümün sonunda hansı yerdə olacağıqsa, o da bizim hədəfimizdir. Hədəflər mövsümün əvvəlində, məşqçi yox, klub tərəfindən qoyulur. Qoyulan hədəflərə görə də hərəkət edirsən. Biz təzə komandayıq, bu il çox oyunçu dəyişmişik. Komanda qururuq, daha da güclənmək istəyirik, rahat futbol oynamaq fikrindəyik. Get-gedə komandanın onurğası düzələcək. Hədəfi klub qoymalıdır. Hədəf çatmırsansa, baş məşqçi getməlidir. Çempionatın ortasında hədəf haqda danışmaq düzgün deyil. Mövsümün əvvəlində klub tərəfindən qoyulan hədəf liqada qalmaq idi”.