"İmişli"nin baş məşqçisi Əsgər Abdullayev Azərbaycan kubokunun 1/8 final mərhələsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:

“Maraqlı oyun keçdi. "Qəbələ"ni qələbə münasibətilə təbrik edirəm. Sonuncu dəqiqədə qol buraxdıq. Daha diqqətli olmalıydıq. İstənilən halda, futbolçulardan, komandamdan razıyam. Göstərdikləri oyuna görə onlara minnətdarlığımı bildirirəm. Sona qədər döyüşdülər, vuruşdular. Amma epizodlarda daha diqqətli olmaq lazımdır”.