Daha iki cüdoçumuz DÇ-də medalsız qaldı
- 09 İyn 2021 18:00
- 737
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulub.
81 kq çəki dərəcəsində çıxış edən Zelim Tçkayev 1/64 finalda Terense Kuamba (Qabon), ardınca isə Fetra Ratsimizivanı (Madaqasqar) mübarizədən kənarlaşdırsa da, Şarofiddin Boltaboyevə (Özbəkistan) uduzub.
Eyni çəkidəki Murad Fətiyev 1/32 finalda Elliot Konnoliyə (Yeni Zelandiya) qalib gəlsə də, növbəti raundda İvaylo İvanovla (Bolqarıstan) bacarmayıb.
Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub.