“Barselona”nın futbolçuları Jordi Alba və Serxio Buskets maliyyə problemləri yaşayan kluba dəstək olmaq üçün maaşlarının azaldılmasına razı olublar.

Rekord.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Buskets və Albanın maaşının azaldılacağı bildirilib.

“Barselona” iki futbolçusunun maaşının azaldılmasından sonra yeni transfer Serxio Aqueronu La Liqa oyunları üçün sifariş edə bilib.