Daha iki güləşçimiz AÇ-nin finalında
- 21 May 2024 23:12
- 213
Güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Xalçaya çıxan 5 güləşçimizdən ikisi finala yüksəlib. Daha ikisi isə bürünc medal uğrunda mübarizə aparacaq.
60 kq
Nihad Quluzadə polşalı Oliver Şkripçak (9:0) və belaruslu Yanis Vitarova (8:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Həmyerlimiz rusiyalı Dinislam Bammatovu da 9:4 hesabıyla yenərək adını finala yazdırıb. Quluzadə həlledici görüşdə türkiyəli Mert İlbarsla qarşılaşacaq.
67 kq
Fəraim Mustafayev litvalı Adomas Qriqaliunasa tam üstünlüklə (9:1) qalib gəlsə də, 1/4 finalda ukraynalı Oleq Xəlilovla bacarmayıb – 1:9.
72 kq
Ruslan Nurullayev isveçrəli Mixael Portman (2:1) və rusiyalı Dmitri Adamovdan (6:3) güclü olub. Yarımfinalda gürcüstanlı Georgi Çixikvadzeyə 4:5 hesabıyla məğlub olan Nurullayev sabah bürünc medal uğrunda güləşəcək.
82 kq
Qurban Qurbanov yunanıstanlı Evangelos Bukisə tam üstünlüklə (8:0) qalib gəldikdən sonra fransalı Vladimeri Karçeidzeni (5:0) xalçadan məyus yola salıb. Qurbanov yarımfinalda italiyalı Leon Rivaltaya (8:0) da heç bir şans tanımayıb. Qurban finalda İslam Əliyevlə üz-üzə gələcək.
97 kq
Murad Əhmədiyev təsnifat mərhələsində belaruslu Abubakar Xaslaxanova 1:7 hesabıyla məğlub olub. Xaslaxanov finala yüksəlib və rusiyalı Maqomed Murazaliyevə qızıl medal uğrunda mübarizə aparacaq. Əhmədiyev isə təsəlliverici görüşdə estoniyalı Riçard Karelsonla güləşəcək.