Daha iki idmançımız mübarizəyə başlayır
- 30 İyl 2021 10:00
- 647
Bu gün Azərbaycanın daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start veriləcək
Rekord.az xəbrər verir ki, son iki cüdoçumuz Uşangi Kokauri və İrina Kindzerska ilk görüşlərinə çıxacaq.
100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparaq Kokauri 1/16 finalda Matsey Sarnaçki (Polşa) ilə, Kindzerska (+78) isə 1/8 final mərhələsində İzayana Marenko (Nikaraqua) / Larisa Tseriç (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq.
Bundan başqa, 81 kq dərəcəsində yer alan boksçumuz Alfonso Dominges 1/4 final oyununa çıxacaq. O, Türkiyə idmançısı Bayram Malkanla üz-üzə gələcək. Dominges qələbə qazanacağı təqdirdə ən azı bürünc medalı təmin edəcək.
Tokio-2020
30 iyul
Cüdo, kişilər
+ 100 kq
1/16 final. Uşangi Kokauri - Matsey Sarnaçki (Polşa)
Qadınlar
+78 kq
1/8 final. İrina Kindzerska - İzayana Marenko (Nikaraqua) / Larisa Tseriç (Bosniya və Herseqovina) cütünün qalibi
Boks
81 kq
1/4 final. Alfonso Dominges - Bayram Malkan (Türkiyə)
Qeyd edək ki, indiyə kimi Azərbaycanın 21 idmançısı olimpiada ilə vidalaşıb.