"Borussiya" futbolçusu Mahmud Daudla yeni müqavilə imzalayıb.
Rekord.az Dortmund təmsilçisinin saytına istinadən xəbər verir ki, 25 yarımmüdafiəçi ilə müqavilənin müddəti 2023-cü ilin iyununa kimi uzadılıb.
Qeyd edək ki, M.Daud ötən mövsüm Bundesliqada meydana çıxdığı 21 matçda 1 qol vurub.