Daha iki komandaya texniki məğlubiyyət verildi
- 24 Okt 2023 15:10
- 359
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
U-14 Liqasının “İrəvan” FK – “Xocalı” FK oyunu bitdikdən sonra “İrəvan”ın futbolçusu Vüqar Cəfərov rəqibə əl ilə zərbə endiridiyinə görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb. “Xocalı”nın futbolçusu İlkin Əbilli də rəqibə əl ilə zərbə endiridiyinə görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb.
U-11 Liqasının “Ağstafa Gəncləri” – “Medical Center” oyununda “Medical Center” komandası adı protokolda qeyd edilməyən oyunçunu meydana buraxdığına görə “Medical Center” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-11 Liqasının “Qazax Gəncləri” – “Olimpiya” İK oyunu bitdikdən sonra “Olimpiya”nın heyətində lisenziyasız oyunçu aşkarlandığına görə “Olimpiya”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.