Daha üç futbolçu koronavirusa yoluxdu - “Fənərbaxça”da
- 27 Dek 2020 12:30
- 556
“Fənərbaxça”nın daha üç futbolçusunda koronavirus aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə kollektivin növbəti dəfə COVİD-19 testindən keçdiyi diqqətə çatdırılıb. Nəticədə 3 oyunçunun virusa yoluxduğu üzə çıxıb. Adları açıqlanmayan futbolçular karantinə alınıblar.
Qeyd edək ki, “Fənərbaxça” Türkiyə Super Liqasının 15-ci turunda istirahət edir. Sözügedən komanda növbəti matçını yanvarın 4-də “Kasımoaşa”ya qarşı keçirəcək.