"İmişli"də baş məşqçi Əsgər Abdullayevin köməkçisi olan Məqsəd Yaqubəliyevin "Şamaxı"ya keçidi gözlənilməz oldu.

Rekord.az xəbər verir ki. veteran futbolçu bundan sonra Ramiz Məmmədovun köməkçisi kimi çalışacaq.

Əldə etdiyimiz məlumata görə, Yaqubəliyevin seçimində Ramiz Məmmədovla yaxın münasibətlərindən əlavə, pul faktoru da xüsusi rol oynayıb. Belə ki, "Şamaxı" ona "İmişli"dən daha çox maaş təklif edib.