Şabran rayon Ağsaqqallar Evində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş 10-14 yaşlı yeniyetmələr arasında dama idman növü üzrə Şabran rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, yeniyetmələrin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, dama idman növünə marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması, sağlam həyat tərzinin təbliği və yeniyetmələrin asudə vaxtının səmərəli təşkili məqsədi ilə keçirilən yarışda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, idarənin nəzdində fəaliyyət göstərən Şabran rayon UGİM-in direktoru İlqar Məqami, məşqçi-müəllimlər və yeniyetmə idmançılar iştirak etmişdir.

36 nəfər yeniyetmə idmançının qatıldığı birinciliyin sonunda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.