Futbol üzrə Lüksemburq yığmasının hücumçusu Daniel Sinani DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Azərbaycanla sonuncu oyunda penaltidən istifadə edə bilmədim. Amma sabahkı qarşılama üçün komanda olaraq oyuna tam hazırıq. Rəqibin mübariz, döyüşkəm komanda olmasına baxmayaraq, qalib gəlməyə çalışacağıq”.

Sentyabrın 1-də Lüksemburq stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.