Dani Alveş əməliyyat olundu
- 28 Avq 2020 14:40
- 745
Braziliyanın “San Paulo” klubunun futbolçusu Dani Alveş əməliyyat olunub.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
37 yaşlı futbolçu sağ qolundan əməliyyat edilib. Onun qolundakı sümük sınığı səbəbiylə edilən əməliyyat təxminən bir saat çəkib.
Alveşin yaşıl meydanlara qayıdacağı vaxt açıqlanmasa da, həkimlər bunun uzun müddət çəkməyəcəyini bildirib.