Braziliyanın "San-Paulu" klubundan ayrılan Dani Alveş açıqlama verib.

Rekord.az xəbər verir ki, 38 yaşlı müdafiəçi ilin sonuna qədər azad agent olacağını deyib:

"Uşaqlıq xəyalımı reallaşdırdım və 2 il "San-Paulu"da çıxış etdim. Yeni ilə qədər başqa klublarla müqavilə imzalamayacağam. Qərarlar çətin şəkildə verilir, amma həyatda nəsə asan deyil".

Braziliya millisinin keçmiş üzvünün yeni ildə Avropaya qayıdacağı iddia edilib.