Danimarka millisinin üzvü İngiltərədə klubunu dəyişdi
- 14 Avq 2021 19:15
- 471
İngiltərənin “Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, “tülkülər” “Sauthempton”dan Yannik Vesterqoru transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
Vesterqor Danimarka milli komandasının da üzvüdür.